Netanyahu: ABŞ-dan silah tədarükü məsələsi həll edilməlidir

Dörd ay əvvəl azaldılan Amerika silahlarının İsrailə əvvəlki həcminin tədarükü məsələsi yaxın gələcəkdə həll edilməlidir.

QİA.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında deyib.

Baş nazir bildirib ki, son dörd ayda bəzi silahlar İsrailə tədarük edilsə də, döyüş sursatları ilə bağlı bunu demək olmaz.

Siyasətçi onu da əlavə edib ki, onun vəzifəsi ölkə ordusunun ehtiyac duyduğu silahları alması üçün mümkün olan hər şeyi etməkdir.

Onun sözlərinə görə, Amerika silahlarının tədarükü yəhudi dövləti üçün həlledicidir.

Oxşar Xəbərlər