Cənubi Koreyada zavod yanıb, ölən və yaralananlar var

Cənubi Koreyada akkumulyator zavodunda baş verən yanğında bir nəfər ölüb, altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

QİA.az Sinxua agentliyinə istinadla xəbər verir ki, yanğın paytaxt Seuldan təxminən 45 kilometr cənubda yerləşən Hvasonqdakı zavodda yerli vaxtla saat 10:31-də baş verib.

Ölü və yaralı sayının artması istisna olunmur. Belə ki, ilkin məlumata görə, 19 işçi zavodun içərisində bloklanmış vəziyyətdə qalıb. Hadisə yerinə 145 yanğınsöndürən və 50-dən çox texnika səfərbər olunub. Zavoddakı çoxsaylı litium batareyalarının alovunu söndürmək çətin olduğundan yanğının hələ də davam etdiyi bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Oxşar Xəbərlər