Azərbaycan yığması “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında iştirak etmək üçün Yakutska gəlib – FOTO

Azərbaycan yığması iyunun 26-da start götürəcək uşaqlar və yeniyetmələr arasında fərdi və komanda idman növləri üzrə “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında iştirak etmək üçün Yakutsk şəhərinə gəlib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizin yığmasının gəlişi şərəfinə idmançıların yerləşdiyi kənddə Azərbaycanın Dövlət Himninin sədaları altında Azərbaycan Bayrağı qaldırılıb.

Oyunlarda idmanın 16 növü – cüdo, stolüstü tennis, üzgüçülük, bədii gimnastika, mas-restlinq, yunan-Roma güləşi, sərbəst güləş, yüngül atletika, oxatma, qayaya dırmanma, boks, “alış”, “kuraş”, “xapsaqay” güləş növləri üzrə 80 azərbaycanlı idmançı iştirak edəcək.

Qeyd edək ki, “Asiya uşaqları” Oyunlarının açılış mərasimi iyunun 26-da Yakutskun “Tuymaada” stadionunda keçiriləcək.

Oxşar Xəbərlər