Almaniyada Saksoniya vilayətindəki yerli seçkiyə bir neçə həftə qalmış naməlum şəxslər ölkənin hakim Sosial Demokratlar Partiyasının Drezdendəki qərargahını atəşə tutublar.
Ofis köhnə Drezden şəhərində, Elba çayı üzərində, yerli parlamentin yanında yerləşir.
Polis iyunun sonunda üçüncü mərtəbənin pəncərələrində güllə dəlikləri aşkarlayıb, lakin bu, yalnız indi məlum olub.
Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, şüşədəki dəliklər təxminən beş millimetr kalibrə uyğun gəlir. Hadisənin təhqiqatını Almaniya Dövlət Təhlükəsizlik Xidməti öz üzərinə götürüb.
Mənbə: BILD