Xudayar Yusifzadəni təhqir edənin döyülməsi ilə bağlı DİN-dən AÇIQLAMA

Apr29,2021

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadənin döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

DİN-in Mətbuat xidmətindən “QİA.az”ın sorğusuna cavab olaraq deyilib ki, yayılan videogörüntülərdən xəbərdardırlar:

“İnsidentdə iştirak edən şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir”.

Qeyd edək ki, Twitterdə “Əhməd” adlı hesabdan “Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik paylaşım edilib. Daha sonra Fuad Rəsulzadə həmin sözləri özünün dediyini açıqlayıb.

Oxşar Xəbərlər