A Seriyası: “Napoli” doğma meydanda “Atalanta”ya məğlub oldu

Mar30,2024

İtaliya A Seriyasının XXX turunda “Napoli” doğma meydanda “Atalanta”nı qəbul edib.

QİA.Az Oxu.Az-a istinadən xəbər verir ki, qarşılaşma qonaqların 0:3 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 26-cı dəqiqədə A.Mirançuk açıb. G.Skamakka 45-ci dəqiqədə hesab arasındakı fərqi artırıb. 88-ci dəqiqədə T.Kopmeyners görüşdə yekun hesabı müəyyənləşdirib.

Qələbə sayəsində “Atalanta” altıncı pillədəki yerini (50 xal) qoruyub saxlayıb. 45 xalı olan “Napoli” yeddinci pillədə qərarlaşıb.

Oxşar Xəbərlər