Abituriyentlərin nəzərinə!

Apr14,2021
Abituriyentlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib.

“QİA.az” müraciəti təqdim edir:

Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair “Abituriyent” jurnalının 1-ci sayında tarix fənni üzrə qəbul proqramında verilmiş mövzular əsasında Azərbaycan və rus dilində hazırlanmış məqalə ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi);

Oтечественная война за Гарабаг (Вторая Гарабагская война).

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu material əsasında tərtib ediləcək.

“QİA.az” xəbər verir ki, material yaxın vaxtlarda “Abituriyent” jurnalının 2-ci sayında da dərc olunacaq.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər