ABŞ Ali Məhkəməsi keçmiş Prezident Donald Trampa Koloradoda ilkin prezident seçkisində iştirak etməyə icazə verib.
Ali Məhkəmə Kolorado Məhkəməsinin tətbiq etdiyi qadağanı ləğv edib.
Qərarda deyilir: “ABŞ Konstitusiyasına 14-cü Düzəlişin 3-cü bölməsinin dövlət vəzifəsi sahibləri və namizədlərlə bağlı tətbiqi səlahiyyəti ştatlara deyil, Konqresə aid olduğu üçün biz bu qərarı ləğv edirik”.
Xatırladaq ki, daha əvvəl Kolorado Məhkəməsi Trampın 2024-cü ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün keçirilən yerli ilkin seçkidə iştirakını qadağan etmişdi. Tramp bu qərardan yanvarın əvvəlində ABŞ Ali Məhkəməsinə şikayət etmişdi.Mənbə: TASS