Rəsmi Vaşinqton Avropa İttifaqı vasitəsilə İranla dolayı diplomatik danışıqlar aparır və Tehranın nüvə anlaşması ətrafında vəziyyətlə bağlı fikirlərini gözləyir.
QİA.AZ-ın məlumatına görə, bu barədə brifinqdə ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
O qeyd edib ki, İranla diplomatik danışıqlar davam edir, amma hazırda birbaşa aparılmır:
“Avropalılar və başqaları vasitəsilə əlaqələr qurulub”.