ABŞ Azərbaycan – Ermənistan münasibətlərinin normallaşdırılmasında Türkiyənin məhsuldar rolunu alqışlayır

Dek 14, 2023

ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında Türkiyənin məhsuldar rolunu alqışlayır.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.

“Bu mövzu ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında aparılan müzakirələrin bir hissəsidir. Bu, onların mütəmadi olaraq müzakirə etdiyi məsələdir. Biz Türkiyənin bu məsələdə məhsuldar rolunu alqışlayırıq. Türkiyə xarici işlər nazirinin sülhlə bağlı sözləri ilə razıyıq. ABŞ buna nail olmaq üçün iki tərəf arasında birbaşa danışıqları dəstəkləyir”, – M.Miller qeyd edib.

Oxşar Xəbərlər