ABŞ Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyasında texniki kömək göstərməyə hazırdır.
QİA.AZ-ın məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifələrini icra edən Filip Riker deyib.
O bildirib ki, sərhədin demarkasiyası çox vacibdir:
“Bu, hər kəsə fayda gətirəcək. Bu prosesin işə salınması üçün siyasi iradə lazımdır. Vəziyyətin gərginləşməsi ehtimalı hamımızı narahat etməlidir”.