ABŞ Azərbaycan və Ermənistana çağırış edib

May13,2021

ABŞ hökuməti rəsmi Bakı və Yerevana Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırır.

QİA.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün tvitter hesabında yazıb.

“Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük, vəziyyəti gərginləşdirmək üçün təmkinli olmağa çağırırıq”-deyə, N.Prays bildirib.

Oxşar Xəbərlər