ABŞ-də körpüyə çırpılan gəminin heyəti yarım ay qəza yerində qala bilər

Mar27,2024

ABŞ-nin Baltimor şəhərində körpüyə çırpılan “Dali” yük gəmisinin heyəti daha 14 gün qəza yerində qala bilər.

Bu barədə “Daily Mail” yazır.

Məlumata görə, Sinqapurun “Synergy Group” şirkəti tərəfindən idarə olunan gəminin göyərtəsində 22 Hindistan vətəndaşı var. Toqquşmadan sonra onlardan heç birinin xəsarət almadığı güman edilir. Bununla belə, körpünün qalıqları gəminin burnundan təmizlənənə qədər – onların gəmidə qalacağı düşünülür.

Xatırladaq ki, martın 26-da Sinqapurun “Dali” konteyner gəmisinin körpünün dayağına çırpılması nəticəsində infrastruktur uçub. Nəticədə onun üzərində olan avtomobillər suya düşüb. İlkin məlumatlara görə, altı nəfər həlak olub. Axtarış-xilasetmə işlərinin bir neçə gün çəkəcəyi gözlənilir.

Merilend ştatının qubernatoru baş verən hadisənin fövqəladə hal olduğunu və qəzada heç bir terror izinin olmadığını bildirib. Yük gəmisinin dayağa çırpılmasına səbəb kimi kapitanın gəmi üzərində idarəetməni itirməsi göstərilir, toqquşmadan əvvəl ekipaj səlahiyyətlilərə məlumat verib.

O da bildirilir ki, uçan körpü ABŞ-də 81 milyard dollarlıq ticarət böhranına səbəb olub.

Oxşar Xəbərlər