“Şuşaya qayıtmaq, onun təbii gözəlliklərini yenidən araşdırmaq lazımdır”.
QİA.Az xəbər verir ki, bu barədə “Report”a Yeni Orleandakı Tulane Universitetinin siyasət professoru Raymond Taras deyib.
“Yayda daha çox araşdırmaq və şəhərin gözəlliyindən həzz almaq üçün buraya qayıtmaqdan məmnun olaram. Mənə də çox maraqlıdır ki, Şuşada hansı dəyişikliklər baş verəcək. Şuşanın necə inkişaf etdiyini və çiçəklənməsini bir daha qiymətləndirmək heyrətamiz olardı. Təcrübəmə əsaslanaraq, əminəm ki, şəhər daha da cəlbedici məkana çevriləcək”, – deyə o bildirib.
Professor Şuşanın müsəlman dünyasının mədəniyyət paytaxtı seçilməsindən sevinc duyduğunu bildirib və bu hadisənin ölkə tarixində əhəmiyyətini xüsusilə vurğulayıb.