ABŞ-ın Missuri ştatında atışma nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
“QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı CNN telekanalı yerli polisə istinadən yayıb.
Bildirilib ki, hadisə iyunun 22-də gecə saatlarında Missuri ştatının Sent -Luis şəhərində baş verib. Atışmanın motivi məlum deyil.
Polis araşdırma aparır.