ABŞ-da atışma olub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb

İyn22,2021

ABŞ-ın Missuri ştatında atışma nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

QİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı CNN telekanalı yerli polisə istinadən yayıb.

Bildirilib ki, hadisə iyunun 22-də gecə saatlarında Missuri ştatının Sent -Luis şəhərində baş verib. Atışmanın motivi məlum deyil.

Polis araşdırma aparır.

Oxşar Xəbərlər