ABŞ-da atışma olub, ölənlər və xəsarət alanlar var

Fev21,2021

ABŞ-ın Luiziana ştatında yerləşən Yeni Orlean şəhərində atışma nəticəsində üç nəfər həlak olub, iki nəfər yaralanıb.

“QİA.AZ”ın TASS-a istinadən verdiyi məlumata görə, münaqişə silah dükanında baş verib.

Bildirilir ki, silahlı qarşıdurmanın ehtimal olunan səbəbkarı aldığı yaralardan yerindəcə ölüb.

Yaralıların vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Oxşar Xəbərlər