ABŞ-da binanın uçması nəticəsində ölənlərin sayı artır

İyn27,2021

ABŞ-ın Florida ştatının Mayami Deyd dairəsində yaşayış binasının dağılması zamanı ölənlərin sayı 9 nəfərə çatıb.

“QİA.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Mayami Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava keçirdiyi mətbuat konfransında bildirib.

“Gecə 4 nəfərin meyitini aşkarladıq. Beləliklə, ölənlərin sayı 9 nəfər təşkil edir”, – o deyib.

Binanın dağılmasından sonra 152 nəfərin taleyi naməlum qalır.

Xatırladaq ki, Mayami Deyd dairəsinin Sörfsayd şəhərciyində bina qismən dağılıb. Hadisə yerinə 80 xilasetmə briqadası yönləndirilib. İndiyədək onlarla insanın dağıntılar altından çıxarıldığı bildirilir.

Bina 1981-ci ildə dəniz sahilində tikilib.

Oxşar Xəbərlər