“Fred” tropik qasırğasının səbəb olduğu daşqın nəticəsində Şimali Karolinanın Heyvur dairəsində azı 35 nəfər itkin düşüb.
“QİA.AZ” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Polisin məlumatına görə, indiyədək təbii fəlakət bölgəsində qalmış 54 nəfər xilas edilib. Xilasedicilər itkin düşmüş şəxslərin axtarışını davam etdirirlər.
ABŞ-ın Qasırğalara Nəzarət üzrə Milli Mərkəzi “Fred” tropik qasırğasının hazırda 28 km/s sürətlə şimal-şərq istiqamətində hərəkət etdiyini bildirib.