ABŞ-ın Miçiqan ştatının Klinton kəndində güclü qar yağması avtomobil qəzasına səbəb olub.
“QİA.AZ” “Habertürk”ə istinadən xəbər verir ki, bunu yerli polis əməkdaşı bildirib.
Qəza nəticəsində 2 nəfər ölüb.
Qar çovğunu ABŞ-ın şərq sahillərində 60 milyondan çox insanın həyat və fəaliyyətinə mənfi təsir göstərib. Nyu-Yorkda çovğundan sonra 2 mindən çox qartəmizləyən, 700-dən artıq duzsəpən maşın işə başlayıb.