ABŞ-da helikopter qəzasında dörd nəfər ölüb

Fev16,2021
Helikopter Amerika

ABŞ-ın Vircin adaları yaxınlığında helikopter qəzası baş verib.

“QİA.AZ” xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Hadisə Sent-tomas adasının qərb ucunda qeydə alınıb.

Xilasedicilər hadisə yerində dörd cəsəd aşkar ediblər. Ölənlərin şəxsiyyəti, helikopterin kimə məxsus olması və qəzanın mümkün səbəbi barədə məlumat hələ verilməyib.

Oxşar Xəbərlər