ABŞ-da koronavirusun yayılma sürəti azalır

Fev4,2021
ABŞ-da koronavirusun yayılma sürəti azalır

ABŞ-da COVID-19-a yoluxma və bunun nəticəsində xəstəxanaya yerləşdirilmə hallarının sayı azalır.

“QİA.AZ” xəbər verir ki, bu barədə “The Hill” Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) direktoru Roşel Valenskiyə istinadən yazıb.

“Görünür, artıq davamlı azalan trayektoriya üzrə hərəkət edirik”, – o deyib.

R.Valenskinin sözlərinə görə, koronavirusa yoluxmada gündəlik artım yanvarın 8-də pik nöqtəyə çatıb, ardından 13,4% azalıb.

O, yanvarın 26-dan fevralın 1-dək gündə orta hesabla 144 min yeni yoluxma hadisəsi qeydə alınıdığını bildirib.

Mərkəz direktoru ölüm sayının artmağa davam etdiyini, lakin ölüm tempinin yavaşladığını vurğulayıb.

Qeyd edək ki, ABŞ-da yanvar ayında COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilmə və ölüm hallarının sayı rekord həddə çatıb. Belə ki, 120 min nəfər xəstəxanaya yerləşdirilib, 95 min nəfər ölüb.

Oxşar Xəbərlər