ABŞ-da prezidenti tənqid edən senator Baydenin çıxışı zamanı mürgülədi

Apr29,2021

ABŞ-ın respublikaçı senatoru Ted Kruz prezident Co Baydenin Konqresdəki çıxışı zamanı mürgüləyib.

“QİA.az” xəbər verir ki, bununla bağlı görüntü Konqresdən translyasiyası zamanı yayılıb.

Belə ki, yayım zamanı Kruzun prezidentin çıxışı zamanı az qala yatması əks olunub. Senator tez-tez gözlərini yumması, mürgüləməsi ilə diqqəti cəlb edib.

Qeyd edək ki, Kruz xüsusi halda demokratları və Co Baydeni kəskin tənqid etməsi ilə fərqlənir.

Oxşar Xəbərlər