ABŞ-ın Kaliforniya ştatının Ludlou şəhərində yük qatarının relsdən çıxması nəticəsində 44 vaqon bir-birinə qarışıb.
“QİA.AZ” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə ştatın çöl ərazisində olub.
Qatarın özəl yük şirkətinə məxsus olduğu bildirilib.
San-Bernardino rayonu yanğınsöndürmə idarəsindən yayılan açıqlamaya əsasən, etil spirti daşıyan vaqonlardan birində sızıntı meydana çıxıb. Qəza nəticəsində ölən və yaralanan yoxdur.
Hadisə ilə bağlı istintaq başlayıb.