ABŞ-da şənlikdə atışma, ölənlər və yaralılar var

May23,2021 #ABŞ

ABŞ-ın Bricton şəhəri yaxınlığında baş verən atışmada azı iki nəfər ölüb, 12 nəfər yaralanıb.

“QİA.az” xəbər verir ki, bu barədə ABC kanalı yerli polisə istinadən məlumat verib.

Qeyd olunub ki, atışma şənbə günü gecə saatlarında 100 nəfərdən çox şəxsin iştirak etdiyi şənlikdə baş verib. Nəticədə iki nəfər hadisə yerində keçinib, güllə yarası 12 nəfər isə xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Bildirilib ki, hazırda polis faktla bağlı heç kimi saxlamayıb. Atışmanın səbəbi də bəlli deyil. İnsidentlə bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər