ABŞ-da spikerin evinin qaşısına kəsilmiş donuz başı atıldı

Yan2,2021

ABŞ-da naməlum şəxslər Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinin divarlarına qraffiti çəkiblər və şüarlar yazıblar.QİA.AZ xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.Söhbət xanım siyasətçinin Konqresdə təmsil etdiyi Kaliforniyanın San-Fransisko şəhərindəki evindən gedir.

Qaraj qapısındakı yazılar arasında – “2K $” (2000 ABŞ dolları – Demokratların hər amerikalıya pandemiya fonunda yardım olaraq təklif etdiyi birdəfəlik ödəmə – Red) “2 min dollar”, “Kirayəni ləğv et!”, “Hamısını istəyirik!”, “Universal minimum gəlir” yazıları da var.Evin kənarlarında anarxistlərin simvolu – bir dairədə “A” hərfi yazılıb.Yerli “KRON4” telekanalının verdiyi məlumata görə, evin qarşısına həmçinin kəsilmiş donuz başı atılıb və həyətə süni qan tökülüb. Hazırda ev yazılardan təmizlənir.

Oxşar Xəbərlər