ABŞ-da tibbi maska üstündə atışma olub, ölən və yaralananlar var

İyn15,2021

ABŞ-da atışma olub.

“QİA.az” “Fox 5”ə istinadən xəbər verir ki, hadisə Corciya ştatında, marketdə baş verib.

Belə ki, naməlum şəxslə kassir arasında tibbi maska üstündə mübahisə yaranıb. Naməlum şəxs silaha əl ataraq, kassirə atəş açıb, nəticədə mağazanın işçisi ölüb.

Bundan sonra mağazanın mühafizəçisi – keçmiş polis əməkdaşı ilə naməlum şəxs arasında atışma olub. Atışma zamanı onların hər ikisi xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı təhqiqat aparılır.

Oxşar Xəbərlər