ABŞ-da prezidentliyə namizədlər Kamala Harris və Donald Trampın vitse-prezidentliyə namizədləri Minnesota qubernatoru Tim Volz və Ohayo senatoru Ceyms Devid Vans oktyabrın 1-də debata çıxmaqla bağlı razılığa gəliblər.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, daha əvvəl “CBS News” namizədlərə debat üçün sentyabrın 17-si, 24-ü, oktyabrın 1-i və 18-i variantlarını irəli sürmüşdü. Tim Volz sosial media hesabında oktyabrın 1-nə razılıq verib və rəqibi bu təkliflə razılaşıb. Donald Trampın vitse-prezidentliyə namizədi debatın, həmçinin sentyabrın 18-də keçirilməsi təklifini versə də, Kamala Harris kampaniyasından buna hələlik cavab verilməyib.
“CBS New” görüşün Nyu-Yorkda keçirilməsini təklif edib.