ABŞ-da yaşayan azərbaycanlılar seçkilərdə fəallıq nümayiş etdirir

Noy4,2020
ABŞ-da yaşayan azərbaycanlılar seçkilərdə fəallıq nümayiş etdirir

Bu gün Amerika Birləşmiş Ştatları (ABŞ) qarşıdakı dörd il müddətində ona liderlik edəcək 46-cı prezidentini seçir.

“QİA.AZ”ın ABŞ-da olan xüsusi müxbiri xəbər verir ki, ölkədə aylardır gərgin davam edən seçki kampanıyasında prezidentlik uğrunda iki namizəd – respublikaçıların namizədi, hazırkı dövlət başçısı Donald Tramp və keçmiş vitse-prezident, demokrat Co Baydendir.

Əvvəlki seçikilərdən fərqli olaraq pandemiya səbəbindən budəfəki seçkilərdə bir sıra yeniliklər tətbiq olunub. Belə ki, koronavirus səbəbi ilə namizədlərin bir çoxu seçki məntəqələrinə gəlməkdən qorxduğu üçün səsvermədə poçt və faks vasitəsilə iştirak ediblər. Ekspertlər xüsusən Nyu-Yorkda rekord sayda insanın qiyabi bülletenlərlə səs vermə ehtimalının olduğunu açıqlayıb.

Xüsusi müxbirimiz Nyu-Yorkun Manhetten adasında “Madison Square Garden” binasında təşkil olunan ən böyük seçki məntəqələrindən birində seçkinin gedişatını izləyib. Seçki məntəqələri ABŞ vaxtı ilə səhər saat 6:00-da açılıb. Seçicilər son mərhələdə xüsusi aparatlar vasitəsi ilə səs verib və bülletenləri seçki məntəqələrinin nəzarətçilərinə təqdim ediblər. Seçicilərin səsi elə həmin an elektron monitorlarda qeydə alınıb.

Seçki binasına nəzarəti ölkə polisi həyata keçirib. Rəsmi açıqlamalara görə, təkcə Nyu-Yorkda 400 xarici jurnalist seçki prosesini izləyir.

Artıq rəsmi səsvermə gününə qədər verilən səslərin sayı 100 milyona yaxınlaşıb. Bu isə ABŞ tarixində rekord göstərici hesab olunur.

ABŞ-da yaşayan azərbaycanlıların ən çox məskunlaşdığı Bruklin əyalətində həmvətənlərimiz seçkidə aktivlik nümayiş etdiriblər.

Oxşar Xəbərlər