ABŞ-da zəncirvari yol qəzasında azı 12 nəfər həlak olub

Mar2,2021

ABŞ-ın Kaliforniya ştatının cənubunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 12 nəfər həlak olub.

“QİA.AZ”ın məlumatına görə, bu barədə yerli yol patrul xidmətinin əməkdaşına istinadən CNN telekanalı bildirib.

Qeyd edilir ki, hadisə “İmperial” dairəsində, Meksika ilə sərhəddən təxminən 20 kilometr məsafədə olub.

Məlumata görə, qəza zamanı bir neçə avtomobil, o cümlədən yük maşını toqquşub.

Oxşar Xəbərlər