ABŞ Dövlət Departamentinin nümayəndəsi, Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker Gürcüstana səfər edib.
“QİA.az” xəbər verir ki, o, səfər çərçivəsində rəsmi görüşlərini bu gün keçirəcək.
F.Piker Gürcüstanın baş naziri İrakli Qaribaşvili və müdafiə naziri Cuanşer Burçuladze ilə görüşəcək. Onun vətəndaş cəmiyyəti, media təmsilçiləri və müxalifət partiyalarının nümayəndələri ilə görüşləri də planlaşdırılıb.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəsmisi Gürcüstandan sonra Azərbaycan və Ermənistana səfərə yollanacaq.