ABŞ Energetika Nazirliyi 2021-ci il üçün neftin qiyməti üzrə proqnozunu aşağı salıb

ABŞ Energetika Nazirliyi 2021-ci ildə “Brent” markalı neftin bir barrel qiymətini ilə bağlı proqnozunu 68,71 dollardan 68,61 dollara qədər aşağı salıb.

QİA.AZ-ın məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji Məlumat İdarəsinin hesabatında qeyd olunub.

“Brent” markalı neftin qiymətləri 2021-ci ilin sonuna qədər orta hesabla 71 dollar/barel olacağı gözlənilir. Nazirliyin hesablamalarına görə,”OPEK +” ölkələri tərəfindən neft hasilatının artması və ABŞ-da çıxarılması çətin olan neft hasilatının artması fonunda 2022-ci ildə “Brent” markalı neftin qiyməti 66 dollara düşəcək.

“WTI” markalı neftin qiymətinin 2021-ci ildə 65,69 dollar, 2022 -ci ildə 62,37 dollar olacağı proqnozlaşdırılır.

Oxşar Xəbərlər