ABŞ, Hindistan, Yaponiya və Avstraliya liderləri martın 12-də videokonfrans formatında danışıqlar aparacaqlar.
QİA.AZ xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki ənənəvi brifinqdə bildirib.
“Cümə günü səhər president (ABŞ rəhbəri Cozef Bayden-red) virtual formatda “dördlük” (təhlükəsizlik üzrə dördtərəfli dialoq formatı – red) üzrə həmkarları – Yaponiyanın baş naziri (Yosihide) Suqo, Hindistanın baş naziri (Narendro) Modi və Avstraliyanın baş naziri (Skot) Morrisonla” ilə görüşəcək”, – o deyib.
“Dördlük”” yaranması anından işçi səviyyədə və Xarici İşlər Nazirliklərinin başçıları səviyyəsində daim görüşlər keçirir. Cümə günü danışıqları liderlər (dörd ölkə) səviyyəsində birinci görüş olacaq”, – Psaki əlavə edib.
Onun sözlərinə görə, danışıqların iştirakçıları gözlənildiyi kimi, bir sıra – iqlim dəyişikliyi ilə mübarizə, pandemiya, iqtisadi əməkdaşlıq kimi məsələlərin geniş spektrini müzakirə edəcəklər.