ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib-FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov uzun müddət ABŞ-ın Corctaun Universitetində ürək cərrahı işləyən, əslən Cənubi Azərbaycandan olan Şapur Ənsəri ilə görüşüb.

QİA.az xəbər verir ki, bu barədə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Fuad Muradov Azərbaycan həqiqətlərinin ABŞ-da tanıdılması istiqamətində xüsusi rolu olan Şapur Ənsərini ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında həyata keçirilən diaspor siyasəti və dünya azərbaycanlılarını birləşdirən irihəcmli layihələr barədə məlumat verib.

Şapur Ənsəri iştirak etdiyi, Azərbaycan Diplomatik Akademiyasında keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun uğurlu işi, həmçinin forumda Prezident İlham Əliyevlə səmimi söhbəti ilə bağlı təəssüratlarını bölüşüb. Eyni zamanda, ABŞ-dakı Azərbaycan icmasının yumşaq gücə çevrilmə yolundakı müvəffəqiyyətlərindən danışıb. O, Azərbaycanın mədəniyyətinin təbliği istiqamətində layihələrə dəstək verməsindən bəhs edərək hər səfərində ölkəmizin sürətli inkişafının şahidi olduğunu vurğulayıb.

Xatırladaq ki, Şapur Ənsəri 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin ABŞ-a səfəri zamanı Azərbaycan icması ilə görüşündə iştirak edib.

Qeyd edək ki, Azərbaycan Diplomatik Akademiyasında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumdan əvvəl tələbələrlə və ekspertlərlə təşkil edilmiş görüşdə Şapur Ənsəriyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli Sərəncamı ilə təltif olunduğu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib

Oxşar Xəbərlər