“The New York Times” nəşri bildirib ki, bəzi KİV-lər və siyasi ekspertlər tərəfindən ABŞ prezidenti kimi tanınmış Co Bayden Ağ Evə ev heyvanı ilə birlikdə köçəcək.
“QİA.AZ”ın məlumatına görə, bunun pişik olduğu güman edilir.
Bayden hələ seçkiqabağı kampaniya dövründə bildirirdi ki, heyvanları Ağ Evə qaytarmağın vaxtı çatıb.
Bundan başqa Bayden müsahibələrindən birində deyib ki, evdə heyvanların olması prinsip etibarilə onun xoşuna gəlir və pişiklərə üstünlük verir.
Və artıq o da dəqiq məlumdur ki, Bayden cütlüyü prezident iqamətgahına özləri ilə heyvan gətirmək niyyətindədir.
Sonuncu dəfə pişik Ağ Evdə hələ Corc Buşun prezidentliyi zamanı yaşayıb.
Tramp artıq öz administrasiyasına hakimiyyətinin Baydenə ötürülməsi prosesinə başlamağa tapşırıb. O, ABŞ administrasiyasının ümumi məsələlər üzrə İdarəsinin rəhbəri Emil Merfiyə və başqa əməkdaşlara hakimiyyətin transferi prosesinin başlaması üçün nə lazımdırsa onu etməyi məsləhət görüb.