ABŞ İranla nüvə razılaşması üzrə danışıqların gedişatından narazıdır.
QİA.AZ-ın məlumatına görə, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan deyib.
Onun sözlərinə görə, bu məsələdə Avropalı tərəfdaşlarla birlik, Çin və Rusiya ilə maraqların daha çox uyğunlaşması mövcuddur.
“Danışıqlar yaxşı getmir. Hələ Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmaq üzrə konkret yol müəyyən edilməyib. Lakin yaxşı gedən məqam bundan ibarətdir ki, bu məsələdə Avropalı tərəfdaşlarla vahid mövqe mövcuddur, Çin və Rusiya ilə isə maraqlar daha çox uyğunlaşır”, – deyə C.Sallivan bildirib.