Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində ABŞ komandasının bayraqdarı olan amerikalı tennisçi Koko Qauff Olimpiya kəndində yaşayış şəraitindən şikayətlənib.
QİA.az xəbər verir ki, idmançı müvafiq videonu “TikTok” sosial şəbəkəsində yayımlayıb.
İdmançı on qız üçün iki vanna otağı olduğunu bildirib.
Qeyd edək ki, Qauf 2023-cü ildə ABŞ Açıq Çempionatının qalibi olub. Olimpiadanın açılış mərasimində o, dördqat Milli Basketbol Assosiasiyasının çempionu və ikiqat Olimpiya çempionu LeBron Ceymslə birlikdə ABŞ komandasının bayraqdarı idi.