ABŞ konsulluğumuza hücuma görə məsuliyyətə cəlb olunmalıdır – İran XİN

İranda ABŞ-nin maraqlarını təmsil edən İsveçrə səfirliyinin əməkdaşı İranın Xarici İşlər Nazirliyinə çağrılıb.

QİA.az Trend-ə istinadla xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian özünün “X” hesabında məlumat paylaşıb.

Məlumata görə, Vaşinqtonun məsuliyyətə cəlb edilməli olduğu diplomata bildirilib.

“ABŞ məsuliyyətə cəlb edilməlidir”, – deyən İran XİN rəhbəri dünya ictimaiyyətini hücuma ciddi cavab verməyə çağırıb.

Qeyd edək ki, dünən yerli vaxtla saat 17:00 radələrində İsrail HHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 11 nəfər, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb.

Oxşar Xəbərlər