Pentaqon 2019-cu ildə Suriyada dinc əhali arasında əhəmiyyətli itkilərə səbəb olan hava hücumu ilə bağlı məlumatı gizlədib.
The New York Times tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, 18 mart 2019-cu ildə ABŞ-ın F-15 döyüş təyyarəsi Əl Bağuz kəndi yaxınlığındakı tarlada insan kütləsinin üzərinə bomba atıb.
Xəbər verilir ki, hava hücumu 70 nəfərin ölümünə səbəb olub, lakin sonrakı hesabatlarda itkilər daha az göstərilib, hadisə ilə bağlı müstəqil araşdırma dondurulub və bu haqda məlumat geniş ictimaiyyətə çatdırılmayıb.