ABŞ pandemiyalarla mübarizə fonduna təqribən 667 milyon dollar vəsait ayırmaq niyyətindədir.
QİA.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib.
“Birləşmiş Ştatlar pandemiyalarla mübarizə fonduna təqribən 667 milyon dollar məbləğində vəsait ayırmaq niyyətindədir”, – o, Rio-de-Janeyroda G20 ölkələrinin maliyyə qurumları və mərkəzi banklarının rəhbərlərinin görüşündə qeyd edib.
Məlumata görə, bu məbləğ fondun 2026-cı ilə qədər pandemiyaya qarşı mübarizə səylərini dəstəkləmək üçün bəyan olunmuş 2 milyard ABŞ dolları məbləğində vəsaitin üçdə bir hissəsini təşkil edəcək.