“NATO Ukraynanı “vaxtı gələndə” yalnız bütün müttəfiqlərin razılığı ilə və hərbi əməliyyatlar başa çatdıqdan sonra öz sıralarına qəbul edəcək”.
Bu açıqlama ilə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Culian Smit çıxış edib.
Smit ABŞ paytaxtındakı Corctaun Universitetində keçirilən seminarda bildirib ki, NATO qarşıdan gələn yay sammitində Kiyev üçün müəyyən nəticələr hazırlayacaq.
“Həqiqətən, Ukrayna üçün nəzərəçarpacaq nəticə əldə edəcəyik. Mən indiki mərhələdə bunun bütün təfərrüatları deyə bilmərəm”, – o qeyd edib.
Mənbə: TASS