Siyasət

ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı

Movavi

ABŞ-ın Ankaradakı səfiri Devid Satterfild Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

QİA.AZ xəbər verir ki, məlumatı nazirlik yayıb.

Buna səbəb İraqın Qara bölgəsində baş verən son olaylardır.

“ABŞ-ın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq PKK-ın törətdiyi qətliamla bağlı Dövlət Departamentinin açıqlamasında əksini tapan fikirlərə etiraz sərt şəkildə onun diqqətinə çatdırılıb”, nazirlikdən bildirilib.

Qeyd edək ki, fevralın 14-də İraqın Qara bölgəsində PKK terrorçuları Türkiyənin 13 vətəndaşı qətlə yetirib. Hadisədən sonra ABŞ Dövlət Departamenti Türkiyənin müvafiq qurumlarının məlumatlarını şübhə altına alan açıqlama yayıb: “Əgər türkiyəli mülki şəxslərin ölümünün PKK terror təşkilatı tərəfindən gerçəkləşdirildiyi xəbərləri təsdiqini taparsa, bunu mümkün ola biləcək ən sərt şəkildə pisləyəcəyik”.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button