ABŞ səfiri Azərbaycan xalqını təbrik etdi

Dek31,2020

ABŞ hökuməti və xalqı adından ölkənin səfirliyi Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edir, cansağlığı və səadət arzulayır.

“QİA.AZ” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Azərbaycan xalqına video müraciətində bildirib.

“2020-ci il iki ölkəmiz üçün fövqəladə çətin və tarixi il oldu. Bir çox azərbaycanlının COVID-19 və ya son müharibə üzündən yaxınlarını, doğmalarını itirdiklərini bilirəm. Bu itkiləri yaşayanların kədərini bölüşdüyümü bilmənizi istərdim. Başa çatan ilin bütün çətinliklərinə baxmayaraq Azərbaycan xalqının bütün maneələri dəf edərək gələcəyə doğru irəliləmək əzminə heyranam. Azərbaycan cəmiyyətinin müstəqilliyin, demokratik proseslərin yeni zirvələrinə qalxmaq qabiliyyətinə dair nikbinəm. Bu regionun nəhayət, dayanıqlı sülhə nail olacağına ümidvaram”, – diplomat müraciətində qeyd edib.

Oxşar Xəbərlər