ABŞ səfiri: “Koronavirus pandemiyası gender zorakılığının artmasına səbəb olub”

“Təəssüf ki, koronavirus pandemiyası səbəbindən dünyada gender zorakılığının artması müşahidə olunur”.

QİA.AZ” xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Örl Lisenberger bildirib.

“Bu vacib məsələnin həlli üzərində birlikdə çalışan dövlət sektoru, nazirlik, vətəndaş cəmiyyəti, beynəlxalq ictimaiyyət nümayəndələrini görmək mənə xoş oldu”, – o bildirib.

Səfir əlavə edib ki, tədbirdə kişiləri görməkdən xüsusilə məmnudur, çünki məhz onlar qadınlara qarşı zorakılığa son qoyulmasında əsas rola malikdirlər.

Xatırladaq ki, bu gün Bakıda “Gender əsaslı zorakılıqla mübarizə üzrə ilkin yardım tərəflərinin I Milli Konfransı” keçirilir.

Oxşar Xəbərlər