ABŞ səfiri şəhidlərin xatirəsini yad edib-Foto

Sen27,2021

ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger İkinci Qarabağ müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad edib.

Bu barədə səfir “Twitter” səhifəsində yazıb.

Səfir bildirib: “Ötən il və illər ərzində Qarabağ münaqişəsində ölən və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günüdür.

44 gün davam edən Vətən müharibəsində haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günüdür.

ABŞ səfiri şəhidlərin xatirəsini yad edib (FOTO) - Gallery Image
ABŞ səfiri şəhidlərin xatirəsini yad edib (FOTO) - Gallery Image
ABŞ səfiri şəhidlərin xatirəsini yad edib (FOTO) - Gallery Thumbnail
ABŞ səfiri şəhidlərin xatirəsini yad edib (FOTO) - Gallery Thumbnail

Oxşar Xəbərlər