Birləşmiş Ştatların Nümayəndələr Palatası ABŞ-nin müttəfiqləri olan Ukrayna, İsrail və Tayvana hərbi dəstək, eləcə də Rusiyanın dondurulmuş aktivlərinin müsadirə olunaraq Kiyevə verilməsi barədə qanunu təsdiqləyib.
Qanun layihəsinə görə, ABŞ Ukraynaya yardım üçün 61 milyard dollar ayıracaq, İsrail 26 milyard dollar, daha 8,12 milyard dollar isə Tayvan və Hind-Sakit okean regionuna gedəcək.
Bundan əlavə, qanun layihəsində Rusiyanın aktivlərinin müsadirəsi, o cümlədən suveren aktivlərin çıxarılmasının qadağan edilməsi, dondurulmuş aktivlərdən istifadə etməklə Ukraynaya kompensasiyanın ödənilməsi səlahiyyətləri və aktivlərin Ukraynanın bərpası üçün istifadə edilməsi ilə bağlı müddəalar var.