Dünya

ABŞ və NATO qüvvələri Əfqanıstandakı aviabazadan çıxıb

Movavi

ABŞ hərbçiləri daxil olmaqla NATO qüvvələri Əfqanıstanın Pərvan əyalətinin Baqram şəhərindəki aviabazanı tərk edib.

“QİA.az” TAAS-a istinadən xəbər verir ki, bu barədə iyulun 2-də ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.

“Koalisiya qüvvələrinin hamısı Baqramı tərk edib”, – nazirlikdən bildirilib.

Lakin aviabazanın Əfqanıstan Silahlı Qüvvələrinin istifadəsinə veriləcəyi tarix açıqlanmayıb.

Qeyd edək ki, ABŞ başda olmaqla NATO bu ilin mayından qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb. Rəsmi Vaşinqton bu prosesi 2021-ci il il sentyabrın 11-dək başa çatdırmağı planlaşdırır.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button