ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Füzuli, Şuşa və Laçında olub – FOTO

May22,2024

Azərbaycana səfəri çərçivəsində ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli, Şuşa və Laçında olub.

QİA.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli məktəblə tanış olan nümayəndə heyəti daha sonra Şuşa və Laçına yola düşüblər.

Nümayəndə heyətinə Şuşa şəhəri haqqında məlumat verilib, aparılan sürətli bərpa və yenidənqurma işləri göstərilib.

Qonaqlar görülən işləri yüksək qiymətləndirərək, işğal dövründə ermənilər tərəfindən Şuşa şəhərində törədilmiş vandalizm aktlarını pisləyiblər.

Daha sonra qonaqlar Gəncə qapılarını, “Güllələnmiş heykəllər” abidəsini, Cıdır düzünü, Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.

Qonaqların növbəti dayanacağı Laçın olub. Həkəri çayı üzərində yaradılmış “Həkəri Balıqçılıq Təsərrüfatı” ilə tanışlıqdan sonra Sus kəndini gəzib, Laçının gözəl təbiətini seyr ediblər.

Oxşar Xəbərlər