ABŞ və Ukraynanın sərhəd xidmətlərinin gəmiləri Qara dənizdə birgə hərbi təlim keçiriblər.
“QİA.az” TASS-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Dövlət Sərhəd Xidməti yayıb.
“Dünən Ukraynanın iqtisadi dəniz zonasında Dövlət Sərhəd Xidmətinin flaqmanı ABŞ-ın Sahil Mühafizə Xidmətinin “Hamilton” gəmisi ilə qarşılaşıb”, – məlumatda qeyd olunub.
Bildirilib ki, iki dövlətin gəmilərinin təhlükəsizliyinin təmin edilməsi və dəniz sərhədlərinin mühafizəsi ilə bağlı tərəflərin təmsilçilərinin işgüzar görüşü olub. Bu manevr də dənizdə birgə təlim-təcrübə mübadiləsi çərçivəsində keçirilib.