Amerikalı seçicilərin əksəriyyəti bu fikirdədir ki, ABŞ Prezidenti Co Bayden vaxtından əvvəl vəzifəsini tərk etməlidir.
QİA.az gazeta.ru-ya istinadən xəbər verir ki, “Rasmussen Reports” sorğusunun nəticələrinə görə, bu fikri respondentlərin 52%-i dəstəkləyir.
Araşdırmaya görə, amerikalıların təxminən 76%-i ABŞ prezidentinin seçki yarışından geri çəkilmək qərarını müsbət qiymətləndirir. Onlardan 53%-i Baydenin bu addımını tam dəstəkləyir. Respondentlərin yalnız 18%-i Ağ Ev rəhbərinin seçki kampaniyasının dayandırmasının əleyhinədir.
Qeyd edək ki, iyulun 21-də Bayden prezidentlik yarışından geri çəkildiyini elan edib.